"Napoli"nin yarımmüdafiəçisi Petr Zelinski yayda pulsuz olaraq "İnter"ə keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Pasqual Guarro yayıb.
Xəbərə görə, "neradzurri" polşalı futbolçu ilə prinsipial razılaşma əldə edib.
Tərəflər mövsümə 4,5 milyon avro maaşla 3+1 illik müqavilə üzrə razılığa gəliblər.
Qeyd edək ki, Zielinskinin "Napoli" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. İtaliya klubu yüksək maaş tələb edən liderinin ödənişsiz gedişi problemini hələ də həll etməyib.
Mirağa