İtaliyanın "Fiorentina" klubu "Yuventus"dan icarəyə götürdüyü Artur Melonun oyunundan məmnundur.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "bənövşəyilər" braziliyalı oyunçunun transfer hüquqlarına yiyələnmək niyyətindədirlər.
Məlumata görə, qısa müddətdə yerli azarkeşlərin sevimlisinə çevrilən Melonun özü də Florensiyada qalmağın tərəfdarıdır.
Qeyd edək ki, 27 yaşlı Artur "Fiorentina"ya cari mövsümün sonunadək icarəyə verilib. İcarə müqaviləsindəki bəndə əsasən, Florensiya təmsilçisi 20 milyon ödəyərək sözügedən oyunçunun transfer hüquqlarına sahib çıxa bilər.