Bu gün Gənclər Liqasında keçirilən "Araz-Naxçıvan" - "Sabah" matçı yarımçıq dayandırılıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb Aviasiya Akademiyasının stadionunda keçirilən oyunda polisin olmamasıdır.
Halbuki, qarşılaşmanın startı ərəfəsində asayiş keşikçiləri stadiona gəliblər. Ancaq onlar 17-ci dəqiqə çıxıb gediblər. Əldə etdiyimiz bilgiyə görə, polislər təcili xidməti çağırışa yollanıblar.
Belədə AFFA nümayəndəsi əsasnaməyə uyğun olaraq, oyunu yarımçıq dayandırıb.
Mirağa