Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov yenidən ölkəmizə qayıtmağa qərar verib. Azerisport.az xəbər verir ki, o, yeni mövsümdə “Qəbələ”də çıxış edəcək.
Artıq tərəflər bununla bağlı razılığa gəliblər. “Qəbələ” Məlikovla iki illik müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, Rail son mövsümü Türkiyənin “Denizlispor” klubunda keçirib. O, yeni mövsümdə də Türkiyədə qalacağını, hələ Azərbaycana qayıtmaq barədə düşünmədiyini desə də, göründüyü kimi, fərqli qərar qəbul edib.
Xatırladaq ki, “Denizlispor”da Arif İsayev də çıxış edir.
İdman24.az