Cari mövsüm qeyri-sabit təsir bağışlayan "Beşiktaş"ın baş məşqçi postuna namizədlərdən birinin adına aydınlıq gəlib.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, Ule-Qunnar Sulşer İstanbul klubunun sükanı arxasına keçə bilər.
Mənbə bildirir ki, 50 yaşlı norveçli mütəxəsis "ağ-qaralar"ın təklifinə müsbət yanaşır.
Qeyd edək ki, Sulşer sonuncu dəfə İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi vəzifəsini icra edib.
Nahid Məmmədov