Super Liqanın 18-ci turunda Kadıköydə "Fənərbağça" ilə "Qalatasaray" arasında baş tutan oyun qolsuz yekunlaşıb – 0:0.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, "Fənərbağça" 1981-ci ildən bəri ilk dəfə Super Liqada ardıcıl 3 oyunda "Qalatasaray"la oyunlarda qol vura bilməyib.
Qeyd edək ki, İstanbul derbisinin son üç matçı (0:3, 3:0, 0:0) hesabları ilə yekunlaşıb.
Nahid Məmmədov