"Sevilya"nın ulduz müdafiəçisi Serxio Ramos Yeni il ərəfəsində azarkeşlərinə hədiyyə edib.
Fanat.Az xəbər verir ki, ispan futbolçu məşhur "Los Yakis" qrupu ilə birlikdə öz mahnısını yazıb.
Klip artıq "Youtube" platformasında da peyda olub.
"No me contradigas" (“Mənə qarşı olma”) mahnısına çəkilmiş klipdə Ramosun futbol oynayan dörd oğlu da rol alıb. İlk 10 saat ərzində klipə 160 mindən çox baxış olub.
İspan müdafiəçi mahnı oxumağı çox sevir. O, 2016-cı il Avropa çempionatı zamanı İspaniya millisinin himni olan "La Roja Baila" mahnısını ifa etməklə populyarlıq qazanıb. Bundan başqa, 2018-ci ildə, ardıcıl üçüncü Çempionlar Liqasının finalına çıxdıqdan sonra Ramos tribunada azarkeşlərlə birlikdə mikrofon qarşısında mahnı oxuyub.
Mirağa