Moskva “Dinamo”sunun hücumçusu Fyodor Smolov azarkeşlərdən biri ilə mübahisə edib.
Fanat.Az xəbər verir ki, insident azarkeşin "İnstagram"da ona təxribatçı sualı nəticəsində başlayıb.
Azarkeş Smolova vəd etdiyi Rusiya Kubokunu nə vaxt qazanacağını soruşub. Buna cavab olaraq futbolçu azarkeşi təhqir edib.
“Ay yoxsul, məndə ondan ikisi var, bəs səninki hanı?"
Sosial şəbəkədə başlayan mübahisə sonra da davam edib. Digər azarkeşlər də futbolçunun ünvanına nalayiq ifadələr işlətməyə başlayıblar..
Mirağa