“Mançester Siti” tarixi rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, “şəhərlilər” buna il ərzində İngiltərə Premyer Liqasında 87 xal toplamaqla nail olublar.
Bu göstəricidə “Aston Villa” (82 xal) ikincidirsə, üçüncü yerdə “Arsenal” (81) qərarlaşıb.
“Mançester Siti” həm də bir təqvim ilində 5 kubok (İngiltərə çempionatı, İngiltərə Kuboku, UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatı) qazanan ilk İngiltərə klubudur.
Qeyd edək ki, 18 turdan sonra 34 xalı olan Pep Qvardiolanın komandası Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub.