Almaniyanın "Bayern Münhen" klubunun transfer həmləsi baş tutmayıb.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi "Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxonu heyətinə qatmaq üçün klubuna 100 milyon avro təklif etsə də, İspaniya nəhəngindən rədd cavabı alıb.
24 yaşlı Arauxo 2018-ci ildən "Barselona"da çıxış edir. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 17 matça çıxan uruqvaylı futbolçu 1 qol vurub.