İtaliyanın "İnter" klubu heyətinə yeni futbolçu cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Milan təmsilçisi "Brügge"nin cinah müdafiəçisi Tajon Buşananın xidmətində maraqlıdır. Mənbə "qara-göylər"in Buşananı sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürmək niyyətindədir. Kanadalı oyunçunun Belçika təmsilçisindən ayrılmağı uyğun saydığı və artıq milanlılarla şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilib.
Cari mövsüm indiki klubunun forması ilə bütün turnirlərdə 20 matça çıxan Buşanan 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Brügge" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayına qədərdir.