Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu Yeni il münasibəti ilə sabiq komanda yoldaşı Marselonun oğluna forma bağışlayıb.
Fanat.Az xəbər verir ki, Marselonun oğlu "Real Madrid"də atası ilə birlikdə çıxış etmiş 38 yaşlı forvardın hədiyyəsindən məmnun qalıb və ona sosial şəbəkədə təşəkkür edib:
"Çox sağ ol, Kriş. Səni sevirəm. Sən mənim kumirimsən".
Qeyd edək ki, hazırda ölkəsinin "Fluminense" klubunda çıxış edən Marselo 2007-2022-ci illər aralığında İspaniya nəhənginin uğurları üçün çalışıb. Ronaldu isə 2009-2018-ci illər aralığında "Real"ın formasını geyinib.