"Jirona"da icarə əsasında çıxış edən hücumameyilli yarımmüdafiəçi Savio karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, 19 yaşlı futbolçu ilə "Mançester Siti" maraqlanır. İngiltərə klubu transfer üçün futbolçunun hüquqlarına sahib olan Fransa "Trua"sına 30 milyon avro ödəməyə hazırdır.
Savio bu mövsüm "Jirona"nın heyətində 20 oyun keçirib. Cinah yarımmüdafiəçisi bu görüşlərdə 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti mövsümün sonuna kimidir.
Mirağa