"Mançester Yunayted"in müdafiəçisi Rafael Varanın "Real Madrid"ə transferi baş tutamayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.
Xəbərə görə, "Real" rəhbərliyi onu heyətə qatmaq variantından vaz keçib və Varan özü də karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdə maraqlıdır. Mənbə 30 yaşlı fransalının MY-nin indiki durumundan, eyni zamanda Erik ten Haqın rəhbərliyi altında az oynamasından narazı olduğunu vurğulayıb. Sözügedən oyunçunun agentlərinin hazırda adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubunun nümayəndələri ilə danışıq apardıqları bildirilib.
Qeyd edək ki, Varan 2011-2021-ci illər aralığında "Real"ın formasını geyinib. Avstriyalı müdafiəçi David Alaba zədələnərək uzun müddətə sıradan çıxandan sonra "Kral klubu"nun Rafaeli geri qaytaracağı ilə bağlı xəbərlər yayılmışdı.