Federiko Bernardeski "Toronto"dan ayrılıb İtaliyaya qayıtmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı vingerin arzusu karyerasının 5 ilini keçirdiyi "Yuventus"a qayıtmaqdır.
O, hətta bunun üçün maaşını aşağı salmağa hazırdır. "Toronto"da ildə 2,8 milyon avro qazanan italiyalı futbolçunun müqaviləsinin müddəti 2026-nın sonuna qədərdir./
Bernardeskinin Turin klubunun bir çox futbolçusu və baş məşqçi Massimiliano Alleqri ilə hələ də yaxşı münasibətdə olduğu bildirilir. "Yuventus" da öz növbəsində Federikonu geri qaytarmaq variantını nəzərdən keçirməyə hazırdır, lakin bu, yanvar transfer pəncərəsi üçün prioritet deyil.
MLS-in ötən mövsümündə Federiko Bernardeski bütün turnirlərdə 33 matçda iştirak edib, 5 qol vurub və iki məhsuldar ötürmə edib.
Mirağa