"Mançester Yunayted"in sabiq hücumçusu Duayt York "qırmızı şeytanlar"ın son illərdə eniş yaşamasından danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:
"Son vaxtlar "Yunayted"in oyunlarına baxmaq asan deyil. Yalan deməyəcəm, daha onların çıxışını əvvəlki kimi müntəzəm izləmirəm. Ən pisi budur ki, "Siti" qarşısına çıxanı "süpürür". Ötən mövsümün sonunda - İngiltərə Kubokunun finalında "Yunayted"i də belə etdilər.
Hələ "Siti"yə tarixi təkrarlamağa, trebl etməyə imkan verdiyimizi unuda bilmirəm. Bizim onları "Uembli"də dayandırmaq şansımız var idi, bacarmadıq".
Xatırladaq ki, "Mançester Yunayted" əzəli rəqibi "Mançester Siti"yə İngiltərə Kubokunun iyunun 3-də keçirilən final matçında 1:2 hesabı ilə uduzub.