Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunun baş məşqçisi Stiven Cerrard rəhbərlikdən yeni transferlər tələb edir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
O, məşhur ingilisin dediklərini belə təqdim edib: "Qış və yay transfer pəncərəsində ciddi olduğumuzu göstərməliyik. İndi qərarlaşdığımız yerdə deyil, liqanın zirvəsində rəqabətədavamlı olmaq istədiyimizi nümayiş etdirməliyik. Bunun üçün komanda güclənməlidir. Bizə yeni transferlər lazımdır".
Səudiyyə Ərəbistanı çempionatının 18 turundan sonra “Əl-İttifaq” 24 xal və 6 qələbə ilə turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Mirağa