Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim karyerasını Yunanıstanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu şəxsi "X" hesabı üzərindən yayıb.
Xəbərə görə, təcrübəli mütəxəssis “Panatinaikos”la anlaşmaq üzrədir.
Qeyd edək ki, Terimin son iş yeri "Qalatasaray" olub. 70 yaşlı mütəxəssis 2017-2022-ci illər aralığında İstanbul nəhəngini çalışdırıb.