Cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində ən çox uğurlu driblinq edən futbolçuların adları açıqlanıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk pillədə "Napoli"inin vingeri Xviça Kvaratsxeliya mövqe tutub.
22 yaşlı gürcü 46 uğurlu driblinqlə yadda qalıb. PSJnin forvardı Kilian Mbappe (44) ikinci, "Milan"ın cinah hücumçusu Rafael Leau (36) üçüncü olub.