İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Roma”nın çalışdırıcısı Joze Mourinyu ilə bağlı xatirəsini bölüşüb.
Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis ölkəsinin milli komandasında işə yeni başladığı vaxt Mourinyuyla görüşünü xatırlayıb.
Sautqeyt "Sky Sports"a bu barədə belə deyib: “Joze “Mançester Yunayted”i çalışdırarkən onunla danışdığımı xatırlayıram. Mənə belə demişdi: "Bilirsən, bu işin öhdəsindən gələ bilsən, hər yerdə işləyə biləcəksən". Yeddi il sonra onun haqlı olduğunu düşünürəm. Yəni indi klub səviyyəsində də işləməkdən də çəkinmirəm".
Xatırladaq ki, 2016-cı ildən İngiltərə millisinə rəhbərlik edən Qaret Sautqeytin rəhbərliyi altında sözügdən yığma AÇ-2020-də finala yüksəlib və burada penaltilər seriyasında İtaliyaya uduzub.
Mirağa