Müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Toni Kroosla bağlı vəziyyət "Real Madrid" rəhbərliyini narahat edir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Kral klubu" 33 yaşlı almanla anlaşma yeniləmək istəsə də, sözügedən oyunçu növbəti mövsümə "Real"da başlamaq perspektivinə şübhə ilə yanaşır.
Xəbərə görə, Kroos gələcəkdə Luka Modriç kimi daha çox ehtiyatda qala biləcəyinin fərqindədir və bu səbəbdən formasının geyindiyi İspaniya nəhəngi ilə danışıqlara başlamağa tələsmir. Mənbə Toninin bir qədər də gözləyəcəyini, qərarını müqaviləsinin müddəti başa çatana yaxın qətiləşdirəcəyini vurğulayıb.
Xatırladaq ki, Kroos 2014-cü ildən "Real"ın uğurları üçün çalışır.