Qış fasiləsinə yollanan “Kəpəz” çempionatın ikinci hissəsinə hazırlığı Gəncədə keçirəcək.
Fanat.Az xəbər verir ki, yanvarın 4-də şəhər stadionunda bir araya gələcək "sarı-göylər"in yoxlama görüşləri üçün rəqiblərindən 2-si müəyyənləşib.
"Kəpəz" Azərbaycan Premyer Liqasının digər klubları ilə yoxlama görüşü keçirəcək ki, rəqiblər "Qəbələ" və "Araz-Naxçıvan" olacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i tarixlərinə təyin olunub.
Yoxlama matçlarının yeri və saatı barədə məlumat qarşıdakı günlərdə veriləcək.