"Sumqayıt"da növbəti məşqçi təyinatı reallaşıb. Fanat.az xəbər verir ki, Vaqif Paşayev klubun 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq. O, həm də klubun akademiyasında kordinator funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Vaqif Paşayev ötən mövsüm "Sumqayıt"ın əvəzedici komandasına başçılıq edirdi. Onu bu postda Mehman Yunusov əvəzləyib.
Fanat.az