Premyer Liqa nəhəngi "Mançester Yunayted"in səhmlərinin 25 faizini alan iş adamı ser Cim Retklifə sürpriz təklif təqdim olunub.
Fanat.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, İngiltərənin məşhur memarlıq dizayn firması Retklifə "Mançester Yunayted"in çıxış etdiyi "Old Trafford"u söküb yenisini tikməyi təklif edib.
Xəbərə görə, britaniyalı milyarderin ilk böyük qərarlarından biri köhnəlmiş “Old Trafford” stadionu ilə bağlıdır.
Qeyd edək ki, sonuncu dəfə “Old Trafford” 2006-cı ildə təmir olunub.
Nahid Məmmədov