Maddi cəhətdən çətin günlər keçirən "Barselona" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" 2018-ci ildə 30 milyon avroya "Everton"a satdığı Yerri Minanı yenidən heyətinə qatmaq üçün çalışmalarını davam etdirir.
Məlumata görə, mövsümün əvvəlində "Everton"dan "Fiorentina"ya keçən 29 yaşlı müdafiəçinin müqaviləsi bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, Yerri cari mövsüm "Fiorentina"nın heyətində 6 rəsmi matçda yalnız 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov