Səudiyyə Ərəbistanı çempionatının 17-ci turu çərçivəsində "Əl-Nəsr" səfərdə "Əl-İttihad"ı məğlub edib .
Fanat.Az xəbər verir ki, Ciddədə baş tutan görüşdə 5:2 hesabı ilə qalib gələn qonaqların heyətində Kriştianu Ronaldu dublla yadda qalıb.
38 yaşlı Ronaldu penaltidən vurduğu bu qolları sayəsində dünyanın 2023-cü ilin qol vuran futbolçuları siyahısında lider olub. Hazırda onun hesabında 53 qol var. Bu göstəriciyə görə o, hər birinin 52 qolu olan "Bayern Münhen"in ingilis forvardı Harri Keyni və PSJ-dən fransız Killian Mbappeni geridə qoyub.
“Əl-Nəsr” 43 xalla turnir cədvəlinin ikinci, “Əl-İttihad” (28) altıncı pillədə qərarlaşıb.