"Bayer" "Almeriya"nın yarımmüdafiəçisi Serxio Arribası sıralarına qata bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin oyunu Leverkuzen klubunun diqqətini cəlb edib.
Mənbənin məlumatına görə, Arribası dəvət etməkdə “Real Madrid”in gənclər komandasında futbolçu ilə birgə çalışmış “Bayer”in baş məşqçisi Xabi Alonso şəxsən maraqlıdır.
İspan futbolçu bu ilin avqustunda "Real Madrid"dən 6 milyon avroya alınıb.
Serxio Arribas "Almeriya"nın heyətində La Liqada 18 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. "Kral klubu"nun akademiyasının məzununun dəyəri "Transfermarkt" tərəfindən 8 milyon avro olaraq qiymətləndirilir.
Mirağa