"Liverpul"un misirli hücumçusu Mohamed Salah İngiltərədə müzakirələrə səbəb olan "Milad paylaşımı" edib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu insanları şənliklərə və acgözlüyə uymamağa, Fələstinin Qəzza zolağından olan insanların taleyi haqqında düşünməyə çağırıb.
O, sosial şəbəkə hesabında belə yazıb: "Milad ailə ilə qeyd olunan bayramdır. Amma Qəzzada olduğu kimi, Miladı amansız müharibə və ürək ağrısı ilə qeyd edir, dağılmış ailələrdən olan insanların ağrısını paylaşırıq. Sizdən xahiş edirəm, onları unutmayın, onların əzablarına laqeyd yanaşmayın”.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır.
Mirağa