Niderland "Alkmaar"ının hücumçusu Vangelis Pavlidis karyerasını "Dumanlı Albion"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı yunan futbolçu ilə Londonun iki klubu maraqlanır. Söhbət “Çelsi” və “Fulhem”dən gedir. Onun "Çelsi"ylə anlaşacağı daha real görünür.
Pavlidis 2021-ci ilin yayından "Alkmaar"da oynayır. Onun Niderland klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Forvardın transfer qiyməti 25 milyon avrodur.
Hücumçu bu mövsüm 27 matçda iştirak edib, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa