Bu yaxınlarda "Mançester Yunayted"in şərikli sahibi olan iş adamı Cim Retkliff Mankunian klubunda 300 iş yerini ixtisar etmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin məlumatına görə, klubun yeni rəhbəri optimallaşdırma aparmaq üçün auditorlardan "qırmızı şeytanlar"ın strukturunu və xərclərini qiymətləndirməyi xahiş edib. Cim klubun 1000 nəfərlik işçi heyətini 25-30 faiz azaltmaq istəyir.
Qeyd edək ki, Retkliff “Mançester Yunayted”in səhmlərinin 25 faizinə sahib olub.
Son matçda "qırmızı şeytanlar" doğma meydanda Birmingem "Aston Villa"sını qəbul edib. Mankunianlılar 3:2 hesabı ilə əzmkar qələbə qazanıblar. Erik ten Haqın komandası 19 turdan sonra turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Mirağa