Ötən həftəsonu baş məşqçisini dəyişən "Neftçi"nin avtobusunu da yeni sürücü idarə edəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ancaq bu, baş məşqçi postunda Adrian Mutunu əvəzləyən Miodraq Bojoviçin istəyi ilə reallaşmayıb.
Təcrübəli Mərdan Əhmədovun 65 yaşı tamam olub deyə, D kateqoriya üzrə qadağa var. Belədə ona kiçik tutumlu minik maşını həvalə olunub. Əvəzində komandanın üzvlərini avtobusda İntiqam Bayramov daşıyacaq.
Mirağa