İngiltərə Pemyer Liqasının 19-cu turunda "Mançester Yunayted"ə 2:3 hesabı ilə uduzan "Aston Villa"nın baş məşqçisi Unai Emeri məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini BBC belə çatdırıb:
"Bu, fantastik 60 dəqiqə idi, fantastik. Biz topa nəzarət edir, çox yaxşı oynayırdıq. İlk yarıdan sonra öaltardəyişmə otağında dedik ki, onlar bir qol vursalar, geridönüş qeydə alına bilər. Biz çox yaxşı mübarizə apardıq.
"Mançester Yunayted" 20 dəqiqəyə üç qol vurdu. Bu, onlar üçün gözəl hadisədir. Rəqib əla futbolçulara malik, çox yaxşı komandadır. Məğlubiyyətlə barışmalıyıq. İndi mənim yeganə hədəfim mövsümün ikinci yarısı barədə düşünmək, "Börnli"yə qarşı şəmbə günü keçirəcəyimiz oyunla bağlı planlar qurmaqdır".
Qeyd edək ki, 19 tura 39 xal toplayan "Aston Villa" İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü, 31 xalı olan "Mançester Yunayted" isə 6-cı pillədə qərarlaşıb.