"Liverpul"un müdafiəçisi Vircil van Deyk komandasının çempionluq şanlsarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"İndi hələ dekabrdır. Deməli, çox irəli getmək lazım deyil. Bu il son oyunumuzu keçirdik və şadam ki, bir neçə gün ailəmin yanında ola biləcəm. Əlbəttə, cari mövsüm çempionluğa köklənmişik. Sonda harada olacağımızı zaman göstərəcək".
Qeyd edək ki, 19 turdan sonra 42 xalı olan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.