"Roma" PSJ-nin yarımmüdafiəçisi Renatu Sançeşin icarəsini vaxtından əvvəl bitirmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Daniele Longo məlumat yayıb.
Mənbənin məlumatına görə, romalılar futbolçunun tez-tez zədələnməsindən razı deyil.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyasında cəmi 5 oyun keçirib, ümumilikdə 116 dəqiqə meydanda olub. Paytaxt klubu artıq PSJ-ni portuqaliyalını vaxtından əvvəl geri qaytarmaq istədikləri barədə xəbərdar ediblər . Parislilərin reaksiyası hələ ki, məlum deyil.
Mirağa