MLS təmsilçisi “İnter Mayami” superulduzu Lionel Messi 2024-cü ildə komandasının 7 çempionat matçında olmayacaq.
Fanat.Az xəbər verir ki, Leo yayda Argentina millisinin sıralarında Amerika Kubokuna qatılacağı üçün Mayami təmsilçisinin oyunlarına çıxmayacaq.
Turnir 2024-cü il iyunun 20-dən iyulun 14-dək təşkil ediləcək. MLS-in təqvimi FIFA ilə razılaşdırılmadığından, hər iki yarışda matçlar eyni vaxtda keçiriləcək. 36 yaşlı hücumçu “Filadelfiya”, “Kolumbus Kryu”, “Neşvill”, “Şarlotta” və “Sinsinnati” kimi rəqiblərlə görüşlərdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, MLS-də 2024-cü il mövsümü fevralın 21-də başlayacaq.