PSJ Hüqo Ekitikeni transferə çıxaracaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Mənbənin məlumatına görə, parislilərin baş məşqçisi Luis Enrike 21 yaşlı hücumçunu sərəncamında görmək istəmir. Fransa nəhəngi futbolçunu yanvarda transferə çıxaracaq.
Etikite bu mövsüm Liqa 1-də cəmi 8 dəqiqə meydanda olub.
Fransız oyunçu ötən mövsüm "Reyms"də icarə əsasında çıxış edib.
Mirağa