"İnter Mayami"nin superulduzu Lionel Messi həmyerlisini formasını geyindiyi MLS təmsilçisinə keçməyə razı salmağa çalışır.
Fanat.Az xəbər verir ki, məlumatı "Radio Continental" yayıb.
Xəbərə görə, bu, hazırda "Boka Xuniors"un uğurları üçün çalışan Markos Roxodur. Mənbə Roxonun transferini "İnter Mayami"nin baş məşqçisi Xerardo Martinonun da arzuladığını diqqətə çatdırıb.
Qeyd edək ki, 33 yaşlı mərkəz müdafiəçisi cari mövsüm 16 oyuna çıxaraq 1 qol vurub. Onun "Boko Xuniors"la müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir.