"Yuventus"un bu qış həyata keçirmək istədiyi transfer baş tutmayacaq.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Turin təmsilçisi "Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo De Paulu rənglərinə bağlamağı planlaşdırsa da, İspaniya təmsilçisi 29 yaşlı argentinalını satmaqdan imtina edib.
Madrid klubunun idarəçiləri son vaxtlar əsas heyətin önəmli oyunçularından birinə çevrilən Rodriqonu mövsümün ortasında itirməyin komandaya təsir edəcəyini düşündükləri üçün "qoca sinyora"ya "yox" deyiblər.
Qeyd edək ki, 17 tura 40 xal toplayan "Yuventus" A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Lider "İnter"in isə 44 xalı var.