"River Pleyt"in yarımmüdafiəçisi Klaudio Eçeverri "Mançester Siti"yə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Gastonedul" yayıb.
Xəbərə görə, 17 yaşlı argentinalı "şəhərlilər"lə müqaviləyə imza atacaq və daha sonra 6-12 ay müddətinə "River Pleyt"ə icarəyə veriləcək.
Tamamlamaq üzrə olan müqaviləyə görə, gənc futbolçunun keçidi İngiltərə nəhənginə 20 milyon funt-sterlinqə başa gələcək.
Eçeverri 2023-cü ildə əsas komandanın heyətində 5 oyuna çıxıb. O, Braziliyayla oyunda het-trik etməklə 17 yaşadək futbolçular arasında dünya çempionatından sonra nəhənglərin diqqətini çəkib.
Daha əvvəl "Barselona"nın onu almaq istədiyi, lakin kataloniyalıların "River Pleyt"in tələbini qarşılayacaq qədər pulunun olmadığı bildirilib.
Mirağa