"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu komandasının Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda "Əl-İttihad" üzərində qazandığı qələbəni (5:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:
"Önəmli qələbədir! Biz daynmırıq!"
38 yaşlı Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"in uğurları üçün çalışır. 43 xalı olan Ər-Riyad təmsilçisi Pro Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Xatırladaq ki, Kriştianunun "Real Madrid"də komanda yoldaşı olmuş Kərim Benzema bu ilin yayından "Əl-İttihad"ın futbolçusudur.