"Liverpul" rəhbərliyi Məhəmməd Salahla bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Ekrem Konur yayıb.
Xəbərə görə, "qırmızılar" misirli hücumçu ilə müqavilə yeniləməkdə israrlıdırlar. Mənbə Mersisayd təmsilçisinin Salahın müddəti 2027-ci ilə qədər nəzərdən tutulan anlaşmaya qol çəkməsinə nail olmaq istədiyini vurğulayıb.
2017-ci ildən "Liverpul"un formasını geyinən Salah cari mövsüm bütün turnirlərdə 26 matça çıxıb. Bu qarşılaşmalarda 16 qol vuran 31 yaşlı hücumçu 8 məhsuldar ötürmə ilə də yadda qalıb.