"Atletiko Paranaense"nin gənc hücumçusu Vitor Roke İspaniyanın "Barselona" klubu ilə yanvarın 1-dən qüvvəyə minəcək müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytı keçidi elan edib.
"Barselona" Tiqrinyo ləqəbli 18 yaşlı braziliyalı futbolçu üçün 40 milyon avro ödəyib. Vitor Roke artıq İspaniyaya gəlib.
Əlavə edirik ki, hücumçu "Barselona" ilə 30 iyun 2031-ci ilə qədər müddətə müqavilə imzalayıb. Onun transfer məbləği olaraq 500 milyon avro qiymət qoyulub.
Gənc forvard “Atletiko Paranaense”də 81 oyun keçirib, 28 qol vurub, 11 məhsuldar ötürmə verib.
Mirağa