"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən matçda - "Everton"la oyunda (2:1) zədələnərək meydanı tərk edən Kristian Romeronun son vəziyyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, yunan əsilli avstraliyalı mütəxəssis fikirlərini Hotspur təmsilçisinin rəsmi saytına bölüşüb:
"Romero tibbi müayinədən keçib. O, dörd-beş həftə komandaya kömək edə bilməyəcək. Digərləri ilə bağlı hər şey qaydasındadır. Bir neçə oyunçuda mikrozədələr olsa da, ciddi problemləri yoxdur".
Qeyd edək ki, 25 yaşlı Romero cari mövsüm İngiltərə çempionatında 15 matça çıxaraq 3 qol vurub.