"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu "İnter Mayami"nin forvardı Lionel Messiyə çatıb.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 17-ci turu çərçivəsində keçirilən matçda "Əl-İttihad" üzərində qazandıqları qələbəyə (5:2) iki qolla töhfə verən Kriştianu karyerası ərzində etdiyi dublların sayına görə Leonu haqlayıb.
Belə ki, indi hər iki superulduzun hesabında 157 dubl var.
Xatırladaq ki, "Əl-İttihad"ın qapısına 2 dəfə yol tapan Ronaldu 2023-cü ildə ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.