"Börnli" İngiltərə futbolu tarixinin yeni antirekorduna imza atıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, sözügedən komanda arzulamadığı nəticəni mövsümün ilk 10 ev oyununun 9-da uduzaraq reallaşdırıb.
İndiyədək İngiltərənin elitasında heç bir klub belə aqibətlə üzləşməyib.
Xatırladaq ki, "Börnli" İPL-in 19-cu turunda öz meydanında "Liverpul"a yenilib - 0:2.