"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərinin adına aydınlıq gəlib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 12 yanvar tarixində Rumıniyanın "Hermanştadt", 16 yanvarda isə Özbəkistanın "Soqdiana" klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sumqayıt" mövsümün ikinci yarısı üçün hazırlıqlarını 6-17 yanvar tarixləri arasında Türkiyənin Antalya şəhərində keçirəcək.