"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 19-cu turunda "Everton"a qarşı keçirdikləri matçda ( 3:1) xəsarət alan müdafiəçi Con Stounzun zədəsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Amazon Prime" ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"O qədər də yaxşı görünmür. Onun topuğunda problem yaranıb. Necə olacağına baxacağıq".
Xatırladaq ki, 29 yaşlı Stounz Liverpul təmsilçisi ilə oyunun ilk yarısında zədələnib. O, 43-cü dəqiqədə əvəzlənib.