Hazırda "Aston Villa"da icarə əsasında çıxış edən "Barselona"nın müdafiəçisi Kleman Linqle İtaliya çempionatına keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Italia" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Milan" futbolçunun xidmətində maraqlıdır. "Rossonerilər" Klemanın İngiltərə klubu ilə müqaviləsini vaxtından əvvəl pozmasını və bu qış İtaliyaya köçməsini istəyir.
Fransalı müdafiəçi bu mövsüm “Aston Villa”nın heyətində 7 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.
"Transfermarkt" futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.
Mirağa