"Çelsi" qış transfer pəncərəsində hücum xəttini gücləndirəcək.
Fanat.Az xəbər verir ki, London nəhəngi ön xəttə "Leypsiq"dən Benjamin Şeşko və "Bayer"dən Viktor Bonifasi transfer etməyə çalışır.
“The Athletic”-in məlumatına görə, əvvəl "Napoli"dən Viktor Osimhen və "Brentford"dan İvan Toni almağı planlaşdıran "Çelsi" rəhbərliyi başa düşüb ki, indi bu transferləri rəsmiləşdirmək demək olar, mümkün deyil.
Qeyd edək ki, londonlular Şeşko və Bonifas üçün təxminən 40 milyon avro ödəməyə hazırdırlar.
Viktor Bonifas bu mövsüm Bundesliqada 16 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Şeşko isə 13 oyunda 3 qol vurub.
Mirağa