Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti postuna yeganə namizədin kim olacağı dəqiqləşib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, bu, ölkə futbolunun canlı əfsanəsi Andrey Şevçenkodur.
47 yaşlı Şevanın namizədliyi UAF-ın bütün daimi üzvləri tərəfindən dəstəklənib.
Seçki yanvarın 25-də keçiriləcək.
Qeyd edək ki, Andrey Şevçenko İtaliyada "Milan", İngiltərədə "Çelsi", ölkəsində "Dinamo" klubunun formasını geyinib.